SIĞORTA

“Muğanbank” 5 milyon dollar kredit cəlb edib
03 DEKABR 2014
1149

“Muğanbank” 5 milyon dollar kredit cəlb edib

2014-12-03 00:00:00

Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) “Muğanbank” 5 milyon dollar kredit ayırıb. Bankdan fins.az-a verilən məlumata görə, bu vəsait hesabına aqrar sektorda fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələr maliyyələşdiriləcək. 
EFSE-nin İdarəHeyətinin Sədri xanım Monika Bek bildirib ki, bu kreditlər yeni iş yerlərinin açılmasına imkan verəcək.
“Muğanbank”ın İdarə Heyətinin Sədri cənab Elmir Həsənov isə deyib ki, ayrılmış vəsait hesabına ucqar kənd təsərrüfatı rayonlarında da fermerlərə kredit veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır