SIĞORTA

Azərbaycanda vergilərin 31,5%i məcburi yığılır
04 DEKABR 2014
1211

Azərbaycanda vergilərin 31,5%i məcburi yığılır

2014-12-04 00:00:00

Azərbayanda vergi daxil olmalarının böyük hissəsi könüllü, təqribən 3-də biri isə məcburi yığılır. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, vergi daxilolmalarının 68,5%-i könüllü ödənilir, 31,5%-i məcburi-inzibati üsullarla, 0,01%-i isə istintaq yolu ilə ödənilir. Müşavir bildirib ki, 2010-cu illə müqayisədə vergi borclarının ümumi məbləği 2,5 dəfəyə qədər azaldılıb. Təkcə cari ilin 10 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azalıb, 209 988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib. "Hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 8,4% təşkil edir"-deyə nazirlik rəsmisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır