SIĞORTA

“Azərkosmos” kapitalını artırır
04 DEKABR 2014
1153

“Azərkosmos” kapitalını artırır

2014-12-04 00:00:00

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Azərkosmos” ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 20 manat olan 1 180 530 səhmin çıxarılması nəzərdə tutulub. Emissiya baş tutsa, “Azərkosmos”un nizamnamə kapitalı 40 milyon manatdan 63,6 milyon manata qədər artacaq.

Xatırladaq ki, ASC-nin kapitalının artırılması barədə Nazirlər Kabineti bu il, sentyabrın 20-də qərar verib. Qərarın icrası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN), Əmlak Məsələləri Dövlət Komitəsinə və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılıb.

“Azərkosmos”  ASC RYTN-nin tabeliyində fəaliyyət göstərir, telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi ilə məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır