SIĞORTA

Milli peykimiz ən sərfəli şərtlərlə sığortalanıb
05 DEKABR 2014
1280

Milli peykimiz ən sərfəli şərtlərlə sığortalanıb

2014-12-05 00:00:00

Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” 13 il ərzində kosmik sığorta bazarında qeydə alınmış ən sərfəli sığorta tarifi ilə sığortalanıb. Fins.az-ın Lent.az-a istinadən yaydığı məlumata görə, bu barədə lent.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC-dən məlumat verilib.

Xatırladaq ki, “Azərspace-1”in sığortalanması 2012-ci ildə Böyük Britaniyanın “Marsh” sığorta brokerinin vasitəçiliyi ilə həyata keçirilib. Sığorta müqaviləsi imzalanarkən aparıcı beynəlxalq reytinq şirkəti olan “Standard & Poors”un qiymətləndirmə sistemi ilə A və AA yüksək etibarlılıq dərəcəsinə malik olan şirkətlərə üstünlük verilib.

“Əlamətdar haldır ki, müqavilədə “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən 2012-ci ilədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub” – deyə “Azərkosmos”dan bildirilib.

Qeyd edək ki, peykin sığortalanması onun digər kosmik cisimlərlə (kometa, meteorit, digər peyklər və s.) toqquşması ehtimalı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır