SIĞORTA

Qanunsuz torpaq tutanlar cərimələnəcək
05 DEKABR 2014
1916

Qanunsuz torpaq tutanlar cərimələnəcək

2014-12-05 00:00:00

Kənd təsərrüfatına yararlı torpaqların özbaşına tutulmasına görə cərimələrin artırılması üçün Nazirlər Kabinetinə müraciət olunub. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatına yararlı torpaqlarda xeyli sayda obyektlər tikilib. Bunların bir qismi qanunsuzdur, bir qismi isə təyinatına uyğun istifadə edilmir. Bu halların qarşısını almaq üçün cərimələr artırılması təklif olunur.

Qərib Məmmədov deyib ki, bu məsələ ilə bağlı qanun layihələri hazırlanıb, aidiyyəti orqanlar ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub: “Keçən il komitə respublika ərazisində 422 qanunvericiliyin pozulması halı aşkar edib, 150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq edilib. Hesab edirik ki, bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar xüsusi əhəmiyyət kəsb edəcək” - komitə sədri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır