SIĞORTA

Azərbaycanda soyunmağın qiyməti neçədir? – Nazirlər Kabinetinin qərarı
06 DEKABR 2014
2088

Azərbaycanda soyunmağın qiyməti neçədir? – Nazirlər Kabinetinin qərarı

2014-12-06 00:00:00

Azərbaycanda tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçiləri (naturaçılar) 1 akademik saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat alırlar.
Fins.az-ın Modern.az-a istinadən yaydığı məlumata görə, bu məbləğ Nazirlər Kabinetinin 2011-ci ildə qəbul etdiyi “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərara etdiyi dəyişikliyə əsasən ödənilir. Həmin vaxta qədər Azərbaycanda 1 saat üçün naturanın geyimli şəkildə rəssam və ya heykəltəraş üçün dayanmasının dövlət qiyməti 1 manat 41 qəpik, çılpaq şəkildə naturalıq etməsi isə 1 manat 75 qəpik olub.
Hazırda Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Natura şöbəsi fəaliyyət göstərir. Akademiya tərəfindən elan verilir. Naturaçıların əksəriyyəti belə elanları oxuyub Natura şöbəsinə müraciət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır