SIĞORTA

Sığorta şirkətindən rəsm yarışması “SIĞORTALI GƏLƏCƏK”
08 DEKABR 2014
1735

Sığorta şirkətindən rəsm yarışması “SIĞORTALI GƏLƏCƏK”

2014-12-08 00:00:00

"AXA Mbask" sığorta şirkəti uşaqlar üçün rəsm yarışması elan edib. “SIĞORTALI GƏLƏCƏK” adlanan yarışma çərçivəsində uşaqların sığortaya həsr olunmuş şəkilləri münsiflər tərəfindən qiymətləndiriləcək və qalib gələn 6 uşaq 100-300 manat məbləğində mükafat alacaq. Yarışma 6-12 yaşlı uşaqlar arasında keçirilir.

Şirkətin məlumatına görə, rəsmlər A4 (albom vərəqi) və A3 (2A4) formatlarında istənilən texniki üslubda qəbul edilir.
Rəsmləri 10.12.2014. il tarixindən 25.01.2015 il tarixinədək "AXA MBASK" sığorta şirkətinin Azure Biznes Mərkəsi, Nobel prospekti 15 ünvanına və ya elektron poçtuna (marketing@axambask.az) göndərmək lazımdır. Əgər rəsm yarışmada qalib gələrsə, onun əslini AXA  MBASK SŞ-nin ofisinə təqdim etmək lazım olacaq. Hər bir rəsm imzalanmalı (uşağın Soyadı və Adı – tam olaraq göstərilməklə), uşağın yaşı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.

Şərtlərə əsasən, yarışmanın iştirakçıları mövzunu sərbəst olaraq (böyüklərin iştirakı olmadan) işləyirlər. 

26-27 yanvar 2015 il tarixində münsiflər heyəti (AXA MBASK SŞ-nin idarə heyətinin üzvləri) yarışmaya təqdim edilən rəsmlər arasından 6 rəsm işi seçəcək:

- 6-8 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi
- 8-12 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi

Birinci yerin sahiblərinə 300 AZN, ikinci yerin sahiblərinə 200 AZN və üçüncü yerin sahiblərinə 100 AZN mükafat veriləcəkdir. Yarışmada əlavə mükafatların da təqdim edilməsi gözlənilir.
Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.
Qaliblərin elan edilməsi və mükafatlandırılması 30 yanvar 2015 ildə şirkətin ofisində baş tutacaq.
Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında və AXA MBASK SŞ-nin baş ofisində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır