SIĞORTA

“Expressbank” “Bank NİKOİL”lə anlaşdı
08 DEKABR 2014
2351

“Expressbank” “Bank NİKOİL”lə anlaşdı

2014-12-08 00:00:00

“Expressbank”a məxsus “ExpressPay” ödəniş terminalları bundan sonra “Bank NİKOİL”in kredit ödəmələrini də qəbul edəcək. Bu barədə fins.az-a “Expressbank”dan məlumat verilib.

“Bank NİKOİL” bu baxımdan ilk tərəfdaş bankdır. Bank olmayan kredit təşkilatlarından isə yalnız “EmbaFinans” “ExpressPay” ödəniş sisteminə qoşulub. Yaxın vaxtlarda bu siyahının xeyli genişlənəcəyi gözlənilir:
“Hazırda bir neçə kredit təşkilatı ilə bu istiqamətdə danışıqlar gedir” – deyə “Expressbank”dan bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır