SƏNƏDLƏR

Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısını təbrik edib
27 SENTYABR
147

Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısını təbrik edib

2019-09-27 10:23:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Fins.az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələnir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır