SƏNƏDLƏR

Prezident onlar barədə SƏRƏNCAM verdi
19 AVQUST
140

Prezident onlar barədə SƏRƏNCAM verdi

2019-08-19 13:25:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2019-cu il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır