SƏNƏDLƏR

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir
08 AVQUST
151

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

2019-08-08 13:28:00

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

Fins.az məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici
sənədlər daxil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır