SƏNƏDLƏR

Avropa Gənclər Olimpiya Festivalında yüksək nəticə göstərən idmançı və məşqçilər mükafatlandırılıb
31 İYUL
155

Avropa Gənclər Olimpiya Festivalında yüksək nəticə göstərən idmançı və məşqçilər mükafatlandırılıb

2019-07-31 10:24:00

Prezident İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" sərəncam imzalayıb.

Fins.az-a xəbər verir ki, sərəncamla Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;

ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;

üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;

komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır