SƏNƏDLƏR

Novruz Məmmədov yaşayış binaları ilə bağlı qərar verdi
05 MART
579

Novruz Məmmədov yaşayış binaları ilə bağlı qərar verdi

2019-03-05 17:21:00

№ 74    Bakı şəhəri, 4 mart 2019-cu il


“2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması”nın təsdiq edilməsi barədə
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR:
1. “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış  binası kompleksinin) istismarına icazənin forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV 
 Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 4 mart

tarixli 74 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli .....................yaşayış binası kompleksinin) istismarına

 

İ C A Z Ə

№ ____                                                                                                                                                           “ ___ ”  _______________

                                                                                                                                                                                                                         (tarix)

1. Rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd __________________

2. Tikinti obyektinin istismarına icazə verən orqanın adı __________

______________________________________________________

3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı (adı olduqda) _______________________________________________

______________________________________________________

4. Tikinti obyektinin istismar təyinatı __________________________

5. Tikintiyə dair icazəverici sənədlər (mövcud olduğu halda) ______________________________________________________

______________________________________________________

(tikintiyə icazə, tikinti layihəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılması barədə qeydin və ya tikintiyə razılıq (torpaqayırma, layihələndirmə və s.) verilməsi barədə həmin orqanın qərarının tarixi və nömrəsi)

6. Tikinti obyektinin sahibi (sifarişçisi) ________________________

7. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi ______________________________________________________

8. Tikinti obyektinin əsas texniki göstəriciləri:

 

 

Göstəricilərin adı

Ölçü vahidi

Binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən layihə üzrə

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, __________________ tarixindən _________________________ istismarına icazə verilsin.

 

Tikinti obyektinin istismarına icazə verən orqanın rəhbəri

 

_______________

M.Y.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027