KƏND TƏSƏRRÜFATI

AQTA quşçuluq təsərrüfatlarından nümunələr götürəcək
10 OKTYABR
73

AQTA quşçuluq təsərrüfatlarından nümunələr götürəcək

2019-10-10 12:22:00

AQTA ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə epizotoloji monitorinqlər keçirəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilir ki, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq.

Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və  kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan  müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır