KƏND TƏSƏRRÜFATI

Ağdamda payız-tarla işləri uğurla davam etdirilir
09 OKTYABR
100

Ağdamda payız-tarla işləri uğurla davam etdirilir

2019-10-09 16:25:00

Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri bəzi kənd təsərrüfatı məhsullarının yığımı ilə yanaşı, payızlıq bitkilərin səpinini davam etdirir, növbəti təsərrüfat ilinə hazırlaşırlar.

Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov bildirib ki, hazırda rayonda əsas diqqət strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına yönəlib. Əgər 2018-ci ilin müvafiq dövründə 2056,7 ton pambıq yığılmaqla məhsuldarlıq 6,6 sentner idisə, cari ilin müvafiq dövründə 3146,7 ton məhsul yığılaraq məhsuldarlıq 12,1 sentner təşkil edir. Bundan başqa, bu günədək 105 hektardan 3627,3 ton şəkər çuğunduru yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 345,5 sentnerdir.

Rayonun fermerləri payız səpinini də uğurla davam etdirirlər. İndiyədək məhsul yığımı başa çatmış sahələrin 493 hektarında təkrar əkin aparılıb, 13 min 224 hektar sahə şumlanıb, 1329 hektar sahədə payızlıq bitkilər səpilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır