KƏND TƏSƏRRÜFATI

Tərtər pambıqçıları indiyədək tarlalardan 5596,6 ton məhsul toplayıblar
09 OKTYABR
77

Tərtər pambıqçıları indiyədək tarlalardan 5596,6 ton məhsul toplayıblar

2019-10-09 10:18:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 5596,6 ton “ağ qızıl” toplanıb. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.

Fins.az xəbər verir ki, cari ildə Tərtər rayonu ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər olunub.

Qeyd edək ki, Tərtər pambıqçıları 2018-ci ildə 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır