KƏND TƏSƏRRÜFATI

Bu günədək 720 min 857 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb
25 SENTYABR
95

Bu günədək 720 min 857 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb

2019-09-25 14:13:00

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə, bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 25-dək 720857 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 294177 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 68,8 faizi şumlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ümumilikdə, şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi (29175 ha), Qobustan (31000 ha) və Salyan (16734 ha) rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb. Füzuli (98,1%), Bərdə (93,8%), Oğuz (93,8%), Kürdəmir (93,6%), Xocavənd (93,5%), Yevlax (91,7%), İmişli (91,2%), Ağstafa (91%) rayonlarında əkin sahələrinin 90 faizdən çoxu şumlanıb. Biləsuvar, Goranboy, Sabirabad, Şamaxı, Şəmkir və Tərtər rayonlarında da şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır