KƏND TƏSƏRRÜFATI

Üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək
25 SENTYABR
138

Üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək

2019-09-25 12:57:00

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2020-ci ildən başlayaraq ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu qərar 2019-cu ildən salınmış üzüm bağlarına şamil edilir.

“2019-cu ildən əvvəl salınmış üzüm bağlarına görə isə hər hektara 240 manat subsidiya ödəniləcək. Yəni, 2019-cu ildə 10 hektar üzüm bağı salmış fermer 2020-2023-cü illərdə hər il 6 min manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq”, - deyə V.Hüseynov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır