KƏND TƏSƏRRÜFATI

Balakənin qarğıdalı sahələrində orta məhsuldarlıq 60 sentnerdən yüksəkdir
25 SENTYABR
84

Balakənin qarğıdalı sahələrində orta məhsuldarlıq 60 sentnerdən yüksəkdir

2019-09-25 11:11:00

Balakənli fermerlər bu il 7 min 213 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı əkini sahəsi ötən illə müqayisədə 173 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 3 min 800 hektar sahənin məhsulu yığılıb, 23 min tondan çox dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 60,8 sentner təşkil edir.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, qarğıdalı istehsalı rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2018-ci ildə rayonun fermerləri 7 min 40 hektar qarğıdalı sahəsindən 43 min ton məhsul əldə ediblər. Cari mövsümdə isə rayonda dən qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.

Hazırda rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Balakənli fermerlər mövsümün əvvəlindən bu günədək 242 ton quru tütün istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır