KƏND TƏSƏRRÜFATI

Hacıqabulda tərəvəz sahələrindən 6 min tona yaxın məhsul yığılıb
25 SENTYABR
97

Hacıqabulda tərəvəz sahələrindən 6 min tona yaxın məhsul yığılıb

2019-09-25 11:08:00

Hacıqabulda tərəvəz yığımı başa çatmaq üzrədir. Məhsul istehsalçıları erkən yazda əkdikləri tərəvəz sahəsinin bu günədək 98 faizinin məhsulunu toplayıblar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu mövsüm hacıqabullu fermerlər 530 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə məhsul bol olub. Yığıma mütəşəkkil başlayan əkinçilər indiyədək tərəvəz sahəsinin 522 hektarından 5 min 990.4 ton tərəvəz tədarük ediblər. Hər hektarın məhsuldarlığı 114,8 sentner olub.

Tədarük olunan məhsulun 130,9 tonunu bibər, 1293,4 tonunu xiyar, 1763 tonunu pomidor, 2564,2 tonunu badımcan, 91,8 tonunu sarımsaq, 87,7 tonunu soğan, 515,2 tonunu kartof, 29,7 tonunu isə digər tərəvəzlər təşkil edir.

Rayonda tərəvəz yığımı yaxın günlərdə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır