KƏND TƏSƏRRÜFATI

Ucarda pambıq sahələrinin böyük əksəriyyətinin məhsulu kombaynlarla yığılacaq
24 SENTYABR
101

Ucarda pambıq sahələrinin böyük əksəriyyətinin məhsulu kombaynlarla yığılacaq

2019-09-24 15:56:00

Ucar rayonunda 500 hektarda pambıq yetişdirilib. Sahələrin 80 faizinin məhsulunun kombaynlarla toplanacağı nəzərdə tutulub. Artıq maşınlar sahələrə çıxarılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, pambıq tarlalarında məhsul yığımına iki pambıqyığan maşın cəlb olunub. Hazırda bu texnikalar Şahlıq və Xələc ərazi dairələrindəki tarlalarda işləyir.

Qeyd edək ki, rayonda “ağ qızıl” yığımı sürətlə aparılır. Hər gün sahələrə 80-dən çox işçi qüvvəsi çıxarılır. İndiyədək 222 ton məhsul yığılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər.

Mütəxəssislər cari mövsümdə rayonda 1000 tondan çox “ağ qızıl” yığılacağını proqnozlaşdırırlar. Hələlik hər hektardan orta hesabla 30 sentner məhsul götürülür ki, bu da rayonda yüksək göstərici sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır