KƏND TƏSƏRRÜFATI

Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 SENTYABR
173

Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək

2019-09-23 16:28:00

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov sentyabrın 27-də Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, həmin gün Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-338-36-32), Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) və Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır