KƏND TƏSƏRRÜFATI

"Artıq Azərbaycana 7 ton pendir ixrac etmişik"
23 SENTYABR
132

"Artıq Azərbaycana 7 ton pendir ixrac etmişik"

2019-09-23 14:19:00

Rusiyanın Adıge Respublikasındakı "Krasnoqvardeyskaya" süd zavodundan 7 ton çəkisində ilk pendir partiyası Azərbaycana çatdırılıb.

Bu barədə Adıge Respublikasının rəhbəri Murat Kumpilov "Adıge pendiri: tarix, ənənələr, innovasiyalar" Beynəlxalq Elmi-Praktik Konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Krasnoqvardeyskaya süd zavodu 2019-cu ildə ixrac coğrafiyası genişləndirib və artıq Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərini də pendirlə təchiz edir. "Artıq Azərbaycana 7 ton, BƏƏ-yə isə 12 ton pendir ixrac olunub", - M.Kumpilov deyib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında zavod Azərbaycandan olan distribütorla müqavilə bağlayıb. Zavod Azərbaycana yüngül duzlu pendirlərin bütün xəttini ixrac edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır