KƏND TƏSƏRRÜFATI

Biləsuvarda səkkiz ayda süni mayalanma yolu ilə 592 baş buzov alınıb
23 SENTYABR
111

Biləsuvarda səkkiz ayda süni mayalanma yolu ilə 592 baş buzov alınıb

2019-09-23 10:00:00

Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 4 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və mayalanma aparılmış 1523 baş inək və düyədən cari ilin ötən ayları ərzində 592 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 59 min 200 manat subsidiya ödənilib.

Hazırda Biləsuvarın heyvandarlıq təsərrüfatlarında 41 min başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır