KƏND TƏSƏRRÜFATI

“Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını 2 dəfə artıra bilər”
11 SENTYABR
68

“Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını 2 dəfə artıra bilər”

2019-09-11 14:15:00

"Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatının potensialı baxımından və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur.

O bildirib ki, ötən il Azərbaycan meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib: “Biz düşünürük ki, bu gün bu rəqəmi ən azı iki dəfə artırmağa imkan var. Yəni, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var”. 

Nazir qeyd edib ki, Yekaterinburqda logistik mərkəzin yaradılması bu rəqəmlərin reallaşdırılması istiqamətində yaradılan bir layihə olacaq. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır