KƏND TƏSƏRRÜFATI

Növbəti səyyar gübrə satışı sabah Şəmkirin Çənlibel kəndində keçiriləcək
11 SENTYABR
67

Növbəti səyyar gübrə satışı sabah Şəmkirin Çənlibel kəndində keçiriləcək

2019-09-11 12:20:00

Sentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Cəmiyyətdən Fins.az bildiriblər ki, növbəti səyyar satış sentyabrın 12 -də Şəmkirin Çənlibel kəndində keçiriləcək.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Əlavə məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır