KƏND TƏSƏRRÜFATI

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək
09 SENTYABR
89

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək

2019-09-09 14:18:00

Azərbaycan hökuməti və UNİCEF-lə birgə ölkəmizdə unun zənginləşdirilməsilə bağlı qanun qəbul ediləcək.

Fins.az-ın məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, anemiya və digər mikroelementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir:

"Bu məsələnin qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər. Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir".

O deyib ki, hökumət və UNİCEF-lə birgə Azərbaycanda unun zənginləşdirilməsilə bağlı qanun qəbul olunacaq.

"Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək", - deyə M.Quliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır