KƏND TƏSƏRRÜFATI

Fermerlərin nəzərinə!
09 SENTYABR
116

Fermerlərin nəzərinə!

2019-09-09 10:08:00

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineralgübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən   start verilib.

Mövsüm qabağı əhalinin şumaltı gübrələrəolan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabr  ayının 10-daŞəmkir rayonunƏləsgərli kəndində həyata keçiriləcəkdir. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeydə edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2018-ci il fevral – 2019-cu il aprel ayına kimi azot gübrəsinin müvsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır