KƏND TƏSƏRRÜFATI

İlin əvvəlindən Füzulidə süni mayalanma yolu ilə 1644 baş buzov alınıb
06 SENTYABR
137

İlin əvvəlindən Füzulidə süni mayalanma yolu ilə 1644 baş buzov alınıb

2019-09-06 15:01:00

Füzuli rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin səkkiz ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2904 baş inək və düyə süni yolla mayalandırılıb, 1644 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Cari ilin altı ayı ərzində Füzuli rayonu üzrə 1096 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1376 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 137 min 600 manat məbləğində subsidiya ödənilib. İyul ayında doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır