KƏND TƏSƏRRÜFATI

Qazağıstan Azərbaycan vasitəsilə mal-qara daşımaq niyyətindədir
06 SENTYABR
116

Qazağıstan Azərbaycan vasitəsilə mal-qara daşımaq niyyətindədir

2019-09-06 14:49:00

Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə Qazağıstanın Manğıstau vilayətinin Qarakiyə rayonunun Kurıq limanına diri mal-qara daşınacaq. 

Bu daşımalar Qazağıstan Ət İttifaqı tərəfindən icra edilən və cəmi 5 min iribuynuzlu mal-qara idxalını nərədə tutan 500 milyon təngəlik layihə çərçivəsində həyata keçiriləcək. 

Belə ki, mal-qara idxalının bir marşrutu Gürcüstanın dəniz limanlarından Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Limanına, oradan da bərə ilə Kurıq limanınadək uzanır. Eyni yolla Qazağıstan şirkətləri ətlik mal-qaranı İrana və Türkiyəyə ixrac da etmək niyyətindədir.

Qazağıstanda həyata keçirilən heyvandarlığın inkişafına dair milli proqram çərçivəsində ölkəyə cəmi 960 min mal-qaranın gətirilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Kurıq limanında Yeni İpək Yolu ilə Bakı dəniz limanına müxtəlif yüklərin dəmir yolu vaqonlarından boşalmadan daşımalarını təmin etmək üçün bərə terminalı açılmışdı. Bununla yanaşı, bərə daşımalarını asanlaşdırmaq məqsədi ilə Azərbaycan və Qazağıstan limanları arasında yük qaimə sənədlərinin bir pəncərə prinsipilə rəsmiləşdirilməsi qaydası tətbiq olunub. Bununla da rəsmiləşdirmələr 10-12 saatdan orta hesabla 4 saatadək sürətləndirilib.

Həmçinin 2017-ci ilin mart ayında Qazağıstan, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə, habelə Ələt – Aktau – Ələt, Ələt – Kurıq – Ələt marşrutlarında bərə ilə yük daşımalarının şərtləri razılaşdırılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır