KƏND TƏSƏRRÜFATI

Əli Əhmədov və İnam Kərimov bazarda: "İki manata kartof olmaz"
22 AVQUST
281

Əli Əhmədov və İnam Kərimov bazarda: "İki manata kartof olmaz"

2019-08-22 16:24:00

Baş Nazirin müavini Əli Əhmədov və Kənd Təsərrüfatı nazirinin müavini İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.

Baş Nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib: "Yayın ortasında iki manata kartof olmaz".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır