KƏND TƏSƏRRÜFATI

Sabirabadda 45 min tondan çox tərəvəz yığılıb
19 AVQUST
89

Sabirabadda 45 min tondan çox tərəvəz yığılıb

2019-08-19 13:37:00

Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri 3 min 432 hektar tərəvəz sahəsinin 3 min 144 hektarından bu günədək 45 min 354 ton məhsul tədarük ediblər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər ötən ildəkindən 117 hektar çox tərəvəz əkiblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 3 min 114 hektar tərəvəz sahəsindən 45 min 354 ton məhsul yığıblar. Ötən il bu rəqəm 44 min 211 ton olub. Hər hektarın məhsuldarlığı 157,4 sentner təşkil edir.

Tədarük olunan məhsulun 1204,6 tonu kələm, 1648,5 tonu bibər, 11 min 316,8 tonu xiyar, 15 min 850 tonu pomidor, 5 min 236 tonu badımcan, 5 min 577,2 tonu soğan, 3 min 80,3 tonu isə sarımsaqdır. Əkinçilər, həmçinin 129 min 643,6 ton bostan məhsulları da yığıblar.

Rayonda tərəvəz yığımı davam edir.

Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır