KƏND TƏSƏRRÜFATI

Masallıda tütünçülük ənənələri bərpa olundu, məhsul yığımı başladı - VİDEO
16 AVQUST
166

Masallıda tütünçülük ənənələri bərpa olundu, məhsul yığımı başladı - VİDEO

2019-08-16 16:14:00

Uzun fasilədən sonra Masallıda tütünçülük ənənələri bərpa olunub. Artıq tütünçülər məhsul yığımına başlayıblar.

Fins.az xəbər verir ki, üç ildir əkin işləri görən təsərrüfatçılar bu il sahələrini 35 hektara çatdırıblar.

Rayonda tütün, əsasən, Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər 10-a yaxın kənddə əkilib. 

İlk yığımda sahələrin hər hektarından təxminən 500-600 kiloqram yaş tütün toplanırdısa, bitkinin boyu artdıqca bu göstərici də çoxalır. Bu il əkinçilər hər hektardan iki tona yaxın məhsul gözləyir.

Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir. Bu günə kimi 280 ton yaş tütündən 6,2 ton quru tütün təhvil verilib. Gələcəkdə rayonda həm tütün qəbulu məntəqələri, həm də qurutma sexləri qurulacaq. 

Bundan başqa, tütünçülüyü daha da inkişaf etdirmək üçün yeni əkin texnologiyalarının tətbiqi reallaşacaq.

Tütün yığımı fasilələrlə oktyabrın sonuna qədər davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır