KƏND TƏSƏRRÜFATI

“Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 AVQUST
164

“Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb

2019-08-16 14:43:00

Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı bu ilin əvvəlindən buradakı 80 hektarlıq sahədə badam, 287 hektar sahədə isə zeytun bağı salınıb. 

Kənd təsərrüfatı torpaqlarında səmərəli iş görmək məqsədilə Abşeron və Bakının bir çox qəsəbə və kəndlərini suvarma suyu ilə təmin edən “Abşeronmagistral” kanalının yenidən qurulması işləri davam etdirilib, kanalın 27 kilometrlik hissəsi bərpa olunub. Abşeron Suvarma Sistemləri idarəsi tərəfindən 38 kilometr kanal lil və məişət tullantılarından təmizlənib, 12 ədəd nasos əsaslı, 29 ədədi isə cari təmir edilib. 

Mehdiabad, Fatmayı ərazilərində kənd təsərrüfatı torpaqlarının suvarma suyu ilə təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi ərazisində 10 min kubmetrik yeni anbar tikilib, 5 min kubmetrlik anbar təmir olunub. Novxanı-Mehdiabad-Masazır istiqamətində 11 kilometr uzunluğunda magistral, 160 millimetr diametrli 600 paqonmetr uzunluğunda isə paylayıcı xəttin çəkilişi başa çatdırılıb. 

Bundan əlavə, Fatmayı kəndi üçün 3 kilometr uzunluğunda magistral və 1,2 kilometr uzunluğunda paylayıcı xətlərin çəkilməsi üçün hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır