KƏND TƏSƏRRÜFATI

Neftçalada tərəvəz sahələrindən 843 tondan çox məhsul yığılıb
14 AVQUST
106

Neftçalada tərəvəz sahələrindən 843 tondan çox məhsul yığılıb

2019-08-14 12:06:00

Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 136,3 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən bildiriblər ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər sahələrdə yetişmiş məhsulun yığımını aparır və bu günədək 85,2 hektardan 843,4 ton tərəvəz tədarük edilib. Yığılmış məhsulun 263,5 tonu xiyar, 212,4 tonu pomidor, 77 tonu sarımsaq, 6,9 tonu soğan, 162,7 tonu badımcan, 97,9 tonu bibər, 23 tonu isə digər tərəvəzdir. Əkinçilər yığdıqları məhsulu Bakı və digər iri şəhərlərin bazar və ticarət şəbəkələrinə göndərirlər.

Rayonda tərəvəz yığımı davam edir. 

©Azertac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır