KƏND TƏSƏRRÜFATI

Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
11 AVQUST
304

Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

2019-08-11 14:23:00

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi yerlərində dezinfeksiya tədbirləri ödənişsiz aparılacaq

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq.

Həmçinin, Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı müraciətlər edilən təqdirdə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq.

Qurban bayramı ilə əlaqədar aparılacaq dezinfeksiya işlərində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçiriləcək.

Heyvan satışı və kəsimi yerləri dezinfeksiyadan sonra istifadəyə veriləcək və ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır