KƏND TƏSƏRRÜFATI

Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul yığılması gözlənilir
09 AVQUST
131

Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul yığılması gözlənilir

2019-08-09 13:40:00

Balakən rayonunun fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tondan çox fındıq tədarük olunması gözlənilir.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son dörd ildə rayon ərazisində 4 min 678 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 344 hektara çatdırılıb. Bu bağların 5 min 667 hektarı barverəndir. Təkcə bu ilin yazında rayon ərazisində 400 hektaradək yeni fındıq bağları salınıb.

2018-ci ildə Balakən rayonunda fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton artıb. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manat gəlir götürüb. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 80 qəpikdir.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır