KƏND TƏSƏRRÜFATI

Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır
08 AVQUST
86

Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır

2019-08-08 12:35:00

Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2019-cu il avqustun 5-nə olan məlumata əsasən, payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1milyon 39,5 min hektar sahənin 1milyon 26,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, toplanmış məhsul 3 milyon 218 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentner olub.

Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1milyon 14,9 min tonu (31,5 faizi) arpa, 36 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Belə ki, 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90 faizdən aşağı olub.

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35) və İsmayıllı (34,8) rayonlarında olub.

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.

©Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır