KƏND TƏSƏRRÜFATI

Ağsuda 116 min 420 ton taxıl istehsal olunub
07 AVQUST
81

Ağsuda 116 min 420 ton taxıl istehsal olunub

2019-08-07 11:01:00

Ağsu rayonunda taxıl biçini kampaniyasına yekun vurulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxılçılıq kənd təsərrüfatının aparıcı sahəsidir və cari mövsümdə 36 min 355,5 hektarda məhsul yetişdirilmişdi. Zəmilərdən 116 min 420 ton taxıl götürülüb. Bu göstərici ötən ildəkindən 16 min 518 ton çoxdur. Hər hektardan məhsuldarlıq 2,1 sentner artaraq 32 sentnerə çatıb.

Rayonun bir sıra ərazilərində, o cümlədən Gəgəli, Bico, Kəndoba, Çaparlı, Qaraqoyunlu ərazi dairələrində sahibkarlar daha yüksək məhsuldarlığa nail olublar.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır