KƏND TƏSƏRRÜFATI

Göyçayda yanğın 100 hektar ərazini əhatə edib
08 İYUL
115

Göyçayda yanğın 100 hektar ərazini əhatə edib

2019-07-08 09:50:00

Göyçay rayonunda biçilmiş taxıl və otlaq sahələrində yanğın başlayıb.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, yanğın rayonun Bığır, Qarayazı və Alxasava kəndlərinin ərazisində davam edir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay, Ucar, Ağsu və İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırkı hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər var. Əsasən də Mingəçevirdən Bakıya gedən magistral elektrik xətləri yanğından mühafizə edilir.

Göyçay Dövlət yanğından mühafizə hissəsindən bildirilib ki, yanğın 100 hektarlıq ərazini əhatə edib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır