KƏND TƏSƏRRÜFATI

Azərbaycana Adıgey pendiri ixrac ediləcək
05 İYUL
153

Azərbaycana Adıgey pendiri ixrac ediləcək

2019-07-05 11:23:00

Adıgey Respublikasındakı süd zavodu Azərbaycana pendir ixrac etməyə başlayacaq

Rusiya Federasiyasının Adıgey Respublikasının Kənd təsərrüfatı naziri Vladimir Svejenetsin TASS agentliyinə verdiyi məlumata görə, Adıgeydəki Krasnoqvardeyski süd zavodu duzlu yumşaq pendir istehsalı xəttinin bütün məhsulunu Azərbaycana ixrac etməyə başlayacaq. 

Nazir deyib: “Biz milli “Beynəlxalq kooperasiya və ixrac” layihəsinin tərkib hissəsi olan “Adıgey Respublikasında aqrar-sənaye kompleksi məhsullarının ixracı” layihəsi çərçivəsində bu respublikanın brendi sayılan Adıgey pendirinin həm Rusiya bazarı üçün istehsalını, həm də həmin məhsulun başqa ölkələrə ixracını artırmağı planlaşdırırıq. İndi bizim Krasnoqvardeyski süd zavodunda istehsal edilən bütün pendir Azərbaycana ixrac ediləcək”.

Krasnoqvardeyski süd zavodunun kommersiya direktoru Ruslan Teşevin sözlərinə görə, Azərbaycanın iri mağazalar şəbəkələrinə Adıgey pendirinin ixracına gələn həftə başlanacağı gözlənilir. R.Teşev ixracın həcmini dəqiqləşdirməyib. O bildirib ki, Adıgey pendirinin Türkiyəyə də ixracına başlamaq barədə danışıqlar aparılır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır