KƏND TƏSƏRRÜFATI

Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar
05 İYUL
126

Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar

2019-07-05 11:14:00

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub.

 “İxrac İcmalı”nda 2019-cu ilin yanvar-may ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, Azexport.az portalına 261,8  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6 faiz artıb.

Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3 faizlik artım qeydə alınıb. 2019-cu  ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), ABŞ (5,9%) və Hindistan (5,9%)  qərarlaşıb.

Bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara daxil olub

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi (29 ay ərzində) Azexport.az portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 250,9 milyon ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır