KƏND TƏSƏRRÜFATI

Bu günədək 800 min hektardan çox sahədə taxıl biçilib
05 İYUL
116

Bu günədək 800 min hektardan çox sahədə taxıl biçilib

2019-07-05 10:30:00

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, iyulun 4-nə olan operativ məlumata görə, ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321568 hektar ərazidə arpa, 492244,15 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16036 hektar sahənin 15740 hektarı artıq biçilib, buğda əkilmiş 20038,5 hektar sahənin 17410 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,5 s/ha təşkil edir. Oğuz ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10900 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Buğda

Arpa

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Abşeron

307

265

18,6

761

730

12,5

Ağdam

12228

12228

39,0

2215

2215

35,5

Ağdaş

4272,9

4262

24,9

11630

11630

24,1

Ağcabədi

22503

22503

37,1

6672

6672

32,7

Ağsu

20038,5

17410

32,5

16036

15740

31,0

Balakən

1215

1042

28,0

457,7

457,7

28,7

Beyləqan

11148

10666

35,2

1765

1765

29,2

Bərdə

9041

9041

44,3

2601

2601

38,9

Biləsuvar

13713

13713

32,7

14900

14900

30,9

Cəbrayıl

2430

2395

35,0

550

550

30,5

Cəlilabad

54907,5

47002

37,1

4509,1

4460

35,2

Füzuli

28621

28459

31,6

8505

8505

29,0

Goranboy

8235

8205

31,0

13449

13339

29,0

Göyçay

8740

8740

31,0

6851

6851

30,5

Hacıqabul

25925

8789,7

23,8

11008

9967

30,0

İmişli

12715,5

12715,5

38,7

6322

6322

34,2

İsmayıllı

23200

12613

37,6

6173

6027

31,7

Kürdəmir

18120

18035

34,5

29926

29926

33,3

Qax

10934

10139

30,0

2881

2881

26,2

Qazax

8305

6721

36,7

4250

4214

24,7

Qəbələ

15790

11800

33,0

4400

4200

32,0

Masallı

7496

7496

23,2

2786

2786

21,4

Neftçala

7792,2

7792,2

33,2

31404

31404

27,5

Oğuz

11969

10900

31,0

4118

4100

30,8

Saatlı

19044

19044

42,9

5822

5822

36,2

Sabirabad

15536

15536

41,1

9600

9600

37,7

Salyan

6817

6817

41,8

9917

9917

34,9

Samux

5941

5941

32,6

3681,5

3676

35,3

Siyəzən

3788

2389

32,2

2516

2494

27,5

Şəki

45961,8

33460

35,1

21626,3

21580

34,3

Tərtər

7087,9

6966,6

41,7

3815

3815

33,7

Tovuz

13740

11210

32,7

1724

1724

26,4

Ucar

7390

7390

29,6

7716

7716

26,7

Yevlax

6630,6

6630,6

34,6

5082,5

5082,5

28,5

Zərdab

12986

12986

34,3

5730

5730

30,6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır