KƏND TƏSƏRRÜFATI

Bərdədə buğda sahələrinin hər hektarından 44,2 sentner məhsul götürülür
25 İYUN
111

Bərdədə buğda sahələrinin hər hektarından 44,2 sentner məhsul götürülür

2019-06-25 11:11:00

Bərdə rayonunda taxıl biçini uğurla davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Rayon statistika idarəsindən bildiriblər ki, bu günədək taxıl sahələrinin 9232 hektarında biçin aparılıb, 39 min 428 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 44,2 sentner, arpa sahələrində isə 38,9 sentnerdir.

Bərdə torpaq mülkiyyətçiləri bu mövsümdə 11 min 573 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 9005 hektarı buğda, 2568 hektarı arpa əkinləridır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır