KƏND TƏSƏRRÜFATI

Sort-Sınaq məntəqəsində buğda sahəsinin hər hektarında 33,05 sentner məhsul götürülüb
24 İYUN
151

Sort-Sınaq məntəqəsində buğda sahəsinin hər hektarında 33,05 sentner məhsul götürülüb

2019-06-24 11:48:00

Salyanda fəaliyyət göstərən Dövlət Sort-Sınaq məntəqəsində becərilən buğda sahəsinin hər hektarında 33,5 sentner məhsul götürülüb.

Bu il məntəqədə 11 hektar sahədə sınaq üçün 38 növ yüksək reproduksiyalı taxıl növü becərilib, bunun da 6 hektarı arpa, 5 hektarı isə buğdadır.

Məntəqənin müdiri Balaeyvaz Hüseynov bildirib: “Becərdiyimiz 6 növ arpa və 32 növ olmaqla 10 növ bərk, 22 növ yumşaq buğda sortu sınaqdan keçirildikdən sonra ən çox məhsul verən sortlar dövlət resyterinə salınır və onun toxumçuluğu təşkil olunur. Hər il olduğu kimi bu ildə əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Artıq məntəqədə sınaq üçün yetişdirilmiş arpa va buğda sahələrinin məhsulu yığılıb. Arpa sahəsinin hər hektarından 27,7, buğda sahəsindən isə 33,5 sentner məhsul götürülüb. Yığılmış məhsul toxumçuluqda istifadə olunması üçün satışa çıxarılıb və məhsul istehsalçıları tərəfindən alınıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır