KƏND TƏSƏRRÜFATI

Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,8 sentnerdir
24 İYUN
129

Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,8 sentnerdir

2019-06-24 11:40:00

Cari mövsümdə Oğuz rayonunda 16 min 87 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 969 hektarını buğda, 4 min 118 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini yüksək sürətlə davam etdirilir. Bu günədək 2 min 972 hektar buğda və 3 min 373 hektar arpa sahəsinin məhsulu biçilib, 19 min 541 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədarük olunan taxılın 9 min 183 tonu buğda, 10 min 358 tonu arpadır. Buğda sahələrinin hər hektardan orta hesabla 30,9 sentner, arpa sahələrindən isə 30,7 sentner məhsul götürülüb.

Ümumilikdə biçin kampaniyasına 58 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 50 min tonadək məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır