KƏND TƏSƏRRÜFATI

Salyanda ət və süd istehsalında artım müşahidə olunur
22 MAY
100

Salyanda ət və süd istehsalında artım müşahidə olunur

2019-05-22 17:41:00

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 33 min 268 baş iribuynuzlu mal-qara, 185 min 337 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarında 2361,9 ton ət (diri çəkidə), 11 min 695 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 99 ton, süddən isə 3 min 361,9 ton çoxdur. Yumurta istehsalı da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 99 min ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263