PR

“Twitter” qəbul etdi: Reklam məqsədləri üçün insanların şəxsi məlumatlarından istifadə edib
10 OKTYABR
84

“Twitter” qəbul etdi: Reklam məqsədləri üçün insanların şəxsi məlumatlarından istifadə edib

2019-10-10 12:12:00

Twitter sosial şəbəkəsi səhvən reklam nümayişinin tənzimlənməsi üçün insanların şəxsi məlumatlarından istifadə edib.

Fins.az xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. 

Sosial şəbəkənin təhlükəsizlik məqsədləri üçün göstərilən məlumatlardan, telefon nömrələri və e-poçt adresindən istifadə etdiyi aydınlaşdırılıb. Bu məlumatlar Tailored Audiences və Partner Audiences kimi reklam sistemlərinə yüklənib. Bu isə reklamverənlərə lazımı auditoriyanı target etməyə icazə verirdi.

Şirkətdən qeyd ediblər ki, belə bir addım səhv idi:

“Biz dəqiqliklə deyə bilməyəcəyik ki, nə qədər insan bu vəziyyətdən əziyyət çəkib. Amma istəyirik ki, siz biləsiniz ki, biz işimizdə şəffaflığın artırılmasına çalışırıq. Sizin heç bir şəxsi məlumatlarınız heç vaxt bizim partnyorlarımıza və üçüncü şəxslərə ötürülməyib”, - deyə sosial şəbəkənin bloqunda deyilib.

Twitter-dən deyiblər ki, problem sentyabrın 17-də aradan qaldırılıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır