PR

Az yatırımlı biznes ideyaların top 5-liyi
10 OKTYABR
105

Az yatırımlı biznes ideyaların top 5-liyi

2019-10-10 10:38:00

Belə bir fikir var ki, biznes açmaq üçün çoxlu kapital lazımdır. Amma bu həmişə belə deyil. Əgər sizin bacarığınız ,istəyiniz və əzminiz varsa, o zaman az yatırımla kiçik biznesə başlaya bilərsiniz.

Həm də çoxlu xərc tələb etməyən biznesdə kapitalın geri qaytarılmsı da tez bir zamanda mümkün olur və belə bir biznes artıq ilk aylarından yaxşı gəlir gətirməyə başlayır. Uğur əldə etmək üçün məhsul və xidmətin bazar təhlilini aparmaq, alıcıya nəyin lazım olduğunu bilmək və daha perspektivli, gəlirli sahəni seçmək kifayətdir. Belə nümunələrdən bir neçəsi ilə tanış olaq:

1 . Tərəvəz (göyərti) becərilməsi və satışı

Yaşıl soğan, şüyüd, cəfəri – bu, hər bir evdarın bazarda və supermarketdə axtardığı kiçik çeşiddir. Tərəvəz ( göyərti) biznesi həmişə aktual olub, daha çox da böyük şəhərlərdə, çünki, əhali sayı az olan kiçik bölgələrdə onları əkib-becərənlər (bağ adamları) çoxdur və buna müvafiq olaraq, təzə göyərti bir çoxları üçün əlçatandır, amma bununla belə, hamı üçün yox. Həm də unutmaq lazım deyil ki, bağ adamlarının da  heç də bütün il boyu göyərti əkib-becərmək imkanı olmur: çox az adam ilin soyuq vaxtlarında istixana qurur və özü üçün göyərti becərir.

Əgər siz bütün il boyu vitamin istehsal etmək və  bundan pul qazanmaqda maraqlısınızsa istixana qurmağa başlayın. Əsas odur ki, obyekt düzgün təşkil edilsin: qış üçün şüşəli istixana, yayda və yazda isə adi istixana lazımdır.

Əkin materialının dəyəri 1 kq-a görə təxminən 1 azn, hazır göyərti məhsulunun dəyəri isə 1 kq-a görə təxminən 7 azn təşkil edir.

2 . Əlavə enerji mənbəyinin istehsalı və quraşdırılması – günəş kollektoru

Günəş kollektoru ( günəş enerjisi cihazı) suyun qızdırılması və məkanın isidilməsi üçün istifadə olunur. Günəş enerjisi kollektoru hər hansısa mənada unikaldır: onlar birbaşa günəşdən enerji alırlar. İş prinsipi ondan ibarətdir ki, cihazın içindən axan su qızır və istilik ötürür.

Cihazın satışına başlamazdan əvvəl bu biznesdəki məhsulunuzu təyin edin: siz sadəcə özgə bir məhsul almaq və quraşdırmaq istəyirsiniz yoxsa öz günəş kollektorunuzu  yaratmaq. Qeyd edək ki, günəş kollektorlarının çoxlu müxtəlif növləri var, amma istehsala gedən xərclərdən çıxış edərək, özünüzün hazırladığınızı nəzərə alsaq, sadəcə iki növdə olanı düşünə bilərsiniz: düz və vakuum.

Kifayət qədər təcrübə ilə orta hesabla bir düz kollektor yığılmasına 5 saat vaxt gedir. 10 litr mayeni 60 dərəcə selsi qızdırmaq üçün  kollektora əlavə q saat lazımdır. Kiçik bir ərazini və ya baseyn suyunu isitmək üçün bu göstəricilər heç də pis deyil.

3 . Ev şəraitində nərə balığı

Bir çoxlarına elə gəlir ki, evdə akvariumda ancaq kiçik balıqlar saxlamaq olar, amma bu heç də belə deyil. Hər zaman ev şəraitində böyük ölçülü balıqlar da saxlamaq və ondan gəlir əldə etmək imkanı var. Bu, məsələn nərə balığı ola bilər.

Balıq saxlamaq üçün xüsusi avadanlığın qiyməti 10 000 dollardan başlayır. Onu ünvana kimi gətirib quraşdırmaq olur. Amma bunun üçün hamının pulu yoxdur və bu da problem deyil. Başqa vasitələr də var. Balıq üçün əsas olan suyun təmizliyi, temperatur rejimi, qida və lazım olan miqdarda oksigendir. Yəni məkan elə də əhəmiyyətli deyil. Belə ki, 1 m dərinlikli və 3 m diametrədək adi plastik baseynlə də kifayətlənmək olar.

Baseyn və ya akvarium avadanlıqlarından sonra balıqlar, həm də onları haradan almağın daha yaxşı olması barədə bütün məlumatları axtarmaq lazımdır. Onları ancaq iri balıq müəssisələrindən əldə etməlisiniz. Riskdən maksimum yayınmaq üçün dərhal çoxlu sayda kiçik balıq almaq olmaz: akvarium üçün 50-də çox olmamaqla, baseyn üçünsə 500-dən çox olmamaqla.

4 . Toy üçün orijinal əl işləri

Əgər yaradıcı bir insansınızsa bu biznes ideya tam sizə görədir.

Siz həm sevdiyiniz işlə məşğul olacaq həm də eyni zamanda pul qazanacaqsınız. Bu işə başlamaq üçün  öz iş yerinizi və materiallarınızı ( kağız, yağışqan, fiqurlu stepler və s.) hazırlamalısınız. Başlanğıc üçün baxmağa təklif edilə biləcək, toya dəvət olunmuş nümunələr kataloqunu yenidən işləmək daha yaxşı olar. Diqqət çəkəcək ayrıca reklam vərəqələri yaratmaq da lazımdır. Onları toy salonları ilə əməkdaşlıq proqramında istifadə etmək olar. Onlar sizin xidmətləri müəyyən %-lə reklam edəcəklər.

Əhvalı korlaya biləcək yeganə məqamsa nə istədiyini bilməyən qeyri-əmin müştərilərlə bağlı ola bilər. Mütləq dəbdə olan jurnallara baxın və dizayn dəbi ənənələrini izləyin. Bu , müştərinin sizin hazırlıqlı olmanızı görməsi və yaradıcı zövqünüzə güvənməsi üçün lazımdır.

5 . Avtomatik idarə olunan qapılar

İnşaat və təmir – ən məhşur fəaliyyət sahələridir. Məhz inşaatçılar və təmirçilərin xidmətinə həmişə yüksək tələb olur. Bu istiqamətdə qapıların, indi isə əsasən də avtomatik qapıların quraşdırılması istisna hal deyil. Bu, fəaliyyət növü son zamanlar məhşur bir sahəyə çevrilib. Onlar hal-hazırda hər yerdə quraşdırılır: binaların girişində, qarajlarda və s.

İki qapı istehsalı növü var. Birincisi, tam sıfırdan avtomatik qapı hazırlanması. Bunun üçün sizə istehsalı həyata keçirə biləcəyiniz bahalı avadanlıq lazım olacaq. Bundan başqa, istehlak materialları və bəzi köməkçilər də lazım olacaq.

İkinci variant isə artıq hazır  hissələrdən avtomatik qapıların düzəldilməsidir. Belə olanhalda siz ancaq yığma işi ilə məşğul olursunuz, lazım olan digər elementləri isə istehsalçıdan əldə edirsiniz. Bu istehsal növü daha effektiv və az xərclidir. Bundan başqa, ilkin xərclər də azalır. Hazır hissələrdən avtomatik qapı quraşdırmaq üçün sizə təxminən 60-100 kv. m. sahə və açar, burğu aləti, burğac və bu kimi digər alətlər lazımdır. 

©Bizplus.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır