PR

“Russkoye Radio”nun rəhbəri sonuncu mediaaktivini də satdı – Emin Ağalarova
09 OKTYABR
97

“Russkoye Radio”nun rəhbəri sonuncu mediaaktivini də satdı – Emin Ağalarova

2019-10-09 14:27:00

“Russkoye Radio” və “Ruskaya mediaqrup”un rəhbəri Sergey Kojevnikov özünün Hit TV MMC-dəki 50%-lik payını Emin Ağalarova satıb.

Fins.az-ın məlumatına görə, bu haqda RBK nəşri yazıb. İndi Emin Ağalarov şirkətin yeganə təsisçisi oldu. Payın dəyəri haqqında isə məlumat verilməyib. 

“Ənənəvi media üzrə perspektivlər hər il yalnız pisləşir. Əgər mən nə vaxtsa media ilə məşğul olacağamsa bu layihələr yalnız internetdə olacaq”, - deyə Kojevnikov deyib.

Bu, Kojevnikovun mediadakı sonuncu aktivi hesab olunurdu. İndi isə onun Ağalarov ilə birgə yalnız restoran biznesi qalır.

Qeyd etmək yerinə düşər ki, HİT TV həftəlik OK!-un təsisçisidir, eyni zamanda “Tvoy dom” telekanalı üçün məzmun hazırlanması ilə məşğul olur.

“Tvoy dom” telekanalı “Akado, “Bilayn”, “Meqafon”, “Rostelekom” şəbəkələri ilə yayılır. Potensial auditoriyanın həcmi isə 29,6 milyon nəfərdir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır